13:12 18-02-2021
news_image
442
DİGƏR NÖVLƏR

Ulduzlar da ağlayır - “Bəsdir artıq”

Tennis üzrə Avstraliya açıq çempionatının yarımfinal mərhələsi Serena Uilyamsın məğlubiyyəti ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, ABŞ tennisçisi finala vəsiqə uğrunda qarşılaşmada Naomi Osakaya uduzub.

Serena 3:6, 4:6 hesablı məğlubiyyətdən sonra qatıldığı mətbuat konfransında da diqqət mərkəzinə düşüb. Yaponiyalıya uduzan Uilyams media nümayəndələri önündə göz yaşlarını saxlaya bilməyib.

Ağlayan ulduz məğlubiyyətini səhvləri ilə izah edib: “Mən çox səhvlər etdim. Əksəri də adi səhvlər idi. Bu gün mən üçün ən böyük fiaskolardan birini yaşadım. Səhvlərin səbəblərini bilmirəm. Bəsdir artıq”.

Qeyd edək ki, Uilyams turnirin 7 qat qalibidir.