13:23 18-02-2021
news_image
434
FUTBOL

“Qvardiola barəsində yazdıqlarımı unutmayıb” – Zinçenkonun həyat yoldaşı

“Mançester Siti”nin futbolçusu Aleksandr Zinçenkonun həyat yoldaşı Vlada Sedanın komandanın baş məşqçisi Pep Qvardiolanın 50 yaşının tamam olması ilə bağlı keçirilən tədbirdə ispaniyalı mütəxəssislə maraqlı dialoq yaşayıb.

Apasport.az saytının məlumatına görə, bunu idman müxbiri kimi çalışan Sedan özü açıqlayıb.

Eyni zamanda modellik edən xanım bildirib ki, mərasim zamanı Qvardiolaya yaxınlaşaraq “50 yaş o deməkdir ki, qocalmısan” deyib: “Əvəzində Pep üzünü Zinçenkoya tərəf çevirərək söylədi ki, mənim üçün ən önəmli hadisə həyat yoldaşın tərəfindən sevilməyindir. Bununla Qvardiola ötən mövsüm Çempionlar Liqasında “Lion”la görüşdə Aleksandrı oynatmadığı üçün onu sosial mediada sərt şəkildə tənqid etməyimə reaksiya göstərdi. Başa düşdüm ki, məşqçi hələ də barəsində yazdıqlarımı unutmayıb”.

Qeyd edək ki, əvvəllər canlı yayım zamanı Vlada Sedanı öpən Aleksandr Zinçenko ona futbol meydançasında evlənmə təklifi edib.