
00:21
“Arsenal”ın əfsanəvi baş məşqçisi Arsen Venger hazırda dünyanın ən məşhur futbolçularından olan PSJ-nin hücumçusu Kilian Mbappe barədə maraqlı xatirə bölüşüb.
Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis həmyerlisini vaxtilə əldən qaçırdıqlarını söyləyib.
O, 22 yaşlı forvardın vaxtilə “topçular”a havayı keçmək variantının olduğunu açıqlayıb: “Monako” ilə müqaviləni yeniləyəcəyinə qərar verəndə Kilianın evində idim. “Arsenal”a pulsuz gələ bilərdi. Düşünürəm ki, hər klubun bu cür hekayələri var. “Milan”da, “Mançester Yunayted”də, “Arsenal”da, “Çelsi”də - hər yerdə belə xatirələr var”.
Qeyd edək ki, hazırda transfer qiyməti 200 milyon avroya bərabər olan Mbappenin “Real”a keçidi gözlənilir.