00:03 19-02-2021
news_image

“Şapalaq onları uçuracaq” - Həbiblə Konnora ilişdi

“Bu idmançıya, onun MMA və güləşdəki nəticələrinə bütün hörmətimə baxmayaraq, düşünürəm ki, Həbib sillə davasına tab gətirə bilməz”.

Apasport.az saytının məlumatına görə, bunu MMA döyüşçüsü Denis Vildanov deyib.

Bu döyüş növünə amerika futbolundan gələn ağırçəkili idmançı yüngül çəkinin məşhur simaları Həbib Nurməhəmmədov və Konnor Makqreqora meydan oxuyub. Çəkisi 200 kiloqramdan ağır olan nəhəng onları sillə döyüşündə aciz sayıb: “Birdən Konnor məni belə duelə çağırsa, o da buna dözməz. Çünki burada qaçmaq, gizlənmək, Həbibin sevdiyi kimi güləşə girmək alınmayacaq. Sillə döyüşündə dayanmaq və zərbələri qəbul etmək lazımdır. Boyun güclü və möhkəm olmalıdır. 200 kiloqramlıq kişidən alınan şapalaq güclü, amma balaca adamları sadəcə uçuracaq”.