08:46 19-02-2021
news_image
226
FUTBOL

Hakimi açıqlandı - “Sumqayıt” – “Qarabağ” oyununun

Azərbaycan Premyer Liqasında XVI turun ilk təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu gün keçiriləcək iki matçı idarə edəcək hakimlər müəyyənləşib.

Autsayderlər “Səbail”lə “Sabah” arasındakı görüşdə Rəhim Həsənov iş başında olacaq. “Sumqayıt”ın “Qarabağ”ı qəbul edəcəyi qarşılaşmada isə Rəşad Əhmədov fit çalacaq.

Azərbaycan Premyer Liqası
XVI
19 fevral (cümə)

16:00. “Səbail” – “Sabah”
Hakimlər:
Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASCO Arena”

18:00. “Sumqayıt” –“ Qarabağ”
Hakimlər:
Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”