08:57 19-02-2021
news_image
291
FUTBOL

Ən yaxşı adına namizədlər – Avropa Liqasında

Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA 1/16 final mərhələsinin ilk oyunlarından sonra 4 iddiaçı seçib.

Bunlar Bruno Petkoviç (“Dinamo”, Zaqreb), Munas Dabbur (“Hoffenhaym”), Bruno Fernandes (“Mançester Yunayted) və Qaret Beyldir (“Tottenhem”). İlk üç oyunçu dublla yadda qalıbsa, sonuncu bir qol və bir məhsuldar ötürməyə imza atıb.

Qalib azarkeşlər arasında aparılacaq səsvermənin nəticəsinə əsasən bilinəcək.