10:01 19-02-2021
news_image
248
FUTBOL

VAR xarab oldu, ofsayddan vurulan qol sayıldı - Braziliyada

Braziliya futbolunda VAR sistemi ilə bağlı qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, hadisə “Vasko Da Qama” - “İnternasional” oyununda baş verib.

Qarşılaşmanın 10-cu dəqiqəsində qonaqların cərimə zərbəsi zamanı Rodriqo Duradonun başla zərbəsi qolla yekunlaşıb. Həmin anda VAR sistemi xarab olduğu üçün epizodun təkrarına baxmaq mümkün olmayıb. Nəticədə oyundankənar vəziyyətdən vurulan top qol sayılıb.

A seriyasında qalmaq uğrunda mübarizə aparan “Vasko Da Qama” 0:2 hesablı məğlubiyyətdən sonra yerli futbol federasiyasına görüşün yenidən keçirilməsi üçün müraciət edib.