
20:43
Azərbaycan Premyer Liqasında mövsümün ən çox qırmızı vərəqə alan komandası ünvanı dəyişib.
Apasport.az saytının məlumatına görə, XV turun “Qarabağ”la görüşündə üç futbolçusu meydandan qovulan “Neftçi” qırmızı vərəqələrin sayında 5-ə çatıb.
Paytaxt klubu bu göstəricidə mövsümün antirekordçusu olub. “Ağ-qaralar” 4 qırmızı vərəqə ilə cəzalanan “Zirə”ni arxada qoyub.
Qeyd edək ki, 15 turun 60 oyununda 22 qırmızı vərəqə göstərilib. Yalnız “Sumqayıt” cəzalanmayıb.
1. “Neftçi” - 5
2. “Zirə” - 4
3-5. “Keşlə” - 3
“Qarabağ” - 3
“Səbail” - 3
6-7. “Qəbələ” - 2
“Sabah” - 2
8. “Sumqayıt” - 0