10:07 19-02-2021
news_image
171
FUTBOL

10-cu yoluxma – “Trabzonspor”da

Türkiyənin “Trabzonspor” klubunda koronavirusa yoluxmaların sayı artır.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisində daha bir yoluxma aşkarlanıb.

Növbəti testin nəticəsi əsas komandanın işçilərindən birində pozitiv çıxıb. Həmin şəxs karantinə alınıb və müalicəsinə başlanılıb.

Qeyd edək ki, son bir neçə gündə “Trabzonspor”da 7 futbolçu və 2 komanda nümayəndəsi də koronavirusa yoluxub. Bununla yoluxma sayı 10-a yüksəlib.