
00:16
Azərbaycan Premyer Liqasında XVI turun son təyinatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq görüşlərin hakimləri, hakim-inspektor və AFFA nümayəndəsi bəlli olub.
“Neftçi” – “Qəbələ” və “Keşlə” – “Zirə” matçlarının ədalət təmsilçiləri müəyyənləşib.
Qeyd edək ki, tura bu gün keçiriləcək iki matçla start veriləcək.
Azərbaycan Premyer Liqası
XVI tur
20 fevral (şənbə)
16:00. “Keşlə” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”
18:00. “Neftçi” –“ Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”