13:29 19-02-2021
news_image
305
FUTBOL

“Mançester Siti”dən Messiyə yeni təklif hazırlığı – maaşda endirim

“Mançester Siti” “Barselona”nın kapitanı Lionel Messinin keçidində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu argentinalı superulduza yeni təklif göndərməyə hazırlaşır.

Ancaq “şəhərlilər” ötən il hazırlanan müqavilə şərtlərində dəyişiklik ediblər. Premyer Liqa klubu 34 yaşlı oyunçuya mövsümün əvvəlində 5 illik müqavilə qarşılığında 693 milyon avro təklif etmişdisə, bu dəfə məbləğ 496 milyon avro olacaq. Səbəb kimi koronavirus pandemiyasının yaratdığı maliyyə problemi göstərilir.

Müqavilədə onun son illərini MLS klubu “Nyu-York”da keçirməsi və qitənin 10 klubunu əhatə edən “City Football Group”da səfir vəzifəsini icra etmək maddəsi də olacaq.

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddəti iyunun 30-na qədərdir.