14:05 19-02-2021
news_image
766
FUTBOL

Futbolçularımız üçün “Bursaspor” və “Balikesirspor” variantı – təklif göndərildi

Azərbaycan klublarının maliyyə durumunun ürəkaçan olmaması futbolçularımızın ölkə xaricinə axınına yol aça bilər.

Apasport.az saytının məlumatına görə, xüsusən də, Türkiyənin birinci liqası yenidən oyunçularımız üçün cəlbedici görünür.

Bu mənada menecerlər hərəkətə keçib. Əldə etdiyimiz məlumata görə, artıq iki futbolçu - “Keşlə”nin müdafiəçisi Elvin Yunuszadə və “Səbail”in hücumçusu Amil Yunanov Türkiyə klublarına təklif olunub. Yunanov konkret olaraq “Bursaspor”a, Yunuszadə isə “Balikesirspor”a məsləhət görülüb. Hazırda I liqanın ortababları sırasında qərarlaşan adıçəkilən komandalar bu transferlərlə bağlı yekun qərarı mövsümün sonuna saxlayıb.

Qeyd edək ki, həm Amil Yunanovun, həm də Elvin Yunuszadənin klubu ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.