00:22 20-02-2021
news_image
214
FUTBOL

Avropa Liqasındakı mövqeyi bəlli oldu - “Qarabağ”ın futbolçularının

Avropa Liqasının 1/16 final mərhələsindən sonra futbolçuların reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mübarizəni qrup mərhələsində başa vuran “Qarabağ”ın oyunçuları da sıralamada yer alıb.

Təmsilçimizin ən yaxşı futbolçusu Şahruddin Məhəmmədliyevdir. 516 xala malik qolkiper Avropa Liqasında 567-cidir.

433 xala malik Abdullah Zubir 633-cü sırada qərarlaşıb. Ondan 4 xal geri qalan Xayme Romero bir addım gerisindədir.

Ən yaxşı yerli oyunçu olan Şahruddindən başqa yalnız İsmayıl İbrahimli “1000-lik”də yer alıb. O, 158 xalla 923-cüdür. Azərbaycan futbolçuları arasında 3-cü olan Maksim Medvedev 1083-cü sırada qərarlaşıb – 55 xal.

Qeyd edək ki, siyahının lideri Bruno Fernandesdir. “Mançester Yunayted”in üzvü 9657 xala malikdir.