15:28 19-02-2021
news_image
519
FUTBOL

“İspankalar” kişilərimizə 5-dən artığını vursaydı, adımı dəyişərdim” - Süleymanov

Qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İspaniya önündə darmadağın olması sosial şəbəkələrdə böyük ajiotaja səbəb olub.

Apasport.az saytının məlumatına görə, 0:13 hesabı ilə uduzan yığmamızı məsxərəyə qoyanlar da az deyil.

Onlar arasında diqqətçəkən simalardan biri “İnter”in (indiki “Keşlə”nin) sabiq mətbuat xidmətinin rəhbəri Mahir Süleymanov da olub. Futbol ictimaiyyətinin nümayəndəsi saytımızın feysbuk səhifəsində qarşılaşmanın qollarını əks etdirən video-paylaşıma biganə qalmayıb.

O, yazdığı rəydə hətta kişilərdən ibarət millimizə də söz atıb: “Noolub eee?! Nə fərqi var, bizimkilər vurdu, ya onlar?! Əsas odur ki, qol oyunun yaraşığıdır!!! O ispankaların duxu çatsaydı, bizim kişilərlə çıxardılar meydana. Onda qapımıza 5 topdan artığını vursaydılar, mən adımı dəyişərdim!!!”.