13:05 21-02-2021
news_image
382
DİGƏR NÖVLƏR

Dördqat dünya çempionu karyerasını bitirdi – SƏBƏB - FOTOSESSİYA

Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, dördqat dünya çempionu Blanka Vlaşiç karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı atlet bu addımı zədələrlə izah edib.

O bildirib ki, Rio-2016-dan indiyədək müalicəsi ilə məşğul olduğu zədədən sonra tam bərpa olunmayıb. Blanka ən dəyərli medalının da məhz Braziliyada qazanıldığını qeyd edib: “Həmin vaxt medalı bir ayaqla qazandıq. Ondan sonrakı dövr yalnız bərpa prosesləri və müalicələrə sərf olundu”.

Qeyd edək ki, hündürlüyə tullanmada uğurları sıralayan Blanka Pekin-2012-də gümüş, Rio-2016-da bürünc qazanıb.