17:34 19-02-2021
news_image
137
FUTBOL

Aparıcı futbolçularını bir-bir itirir – “Real”

Heyətində ciddi itkilər olan “Real” daha bir aparıcı futbolçusunu itirib.

Apasport.az saytının məlumatına görə, hücumçu Kərim Benzema sıradan çıxıb.

33 yaşlı forvardın zədədən əziyyət çəkdiyi bildirilsə də, onun nə zaman sağalacağı hələlik bəlli deyil. Bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan bu gün keçiriləcək mətbuat konfransında məlumat verəcək. Benzemanın La Liqanın XXIV turunda “Valyadolid”lə görüşü buraxacağı dəqiqdir. Fransalının eyni zamanda Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta” ilə ilk görüşdə iştirakı da sual altındadır.

Benzemaya qədər komandanın digər aparıcı oyunçuları Serxio Ramos, Eden Azar da zədələnərək uzunmüddətə sıradan çıxmışdı.

Qeyd edək ki, “Real” fevralın 20-də “Valyadolid”lə, 24-də isə “Atalanta” ilə qarşılaşacaq.