
17:54
Bədii gimnastika üzrə olimpiya çempionu Marqarita Mamun yeni paylaşımı ilə diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, rusiyalı məşhur qara tibbi maska ilə fotosunu paylaşıb.
Mamun həyat yoldaşının ona verdiyi addan bəhs edib. Üzgüçü Aleksandr Suxorukov xanımı olan Marqaritanı məşhur “Mortal Kombat”ın sevimli personajına bənzədib: “Ərim məni Şahzadə Kitana adlandırıb. Mən də bunu yeni reallıq adlandıracağam”.