10:12 20-02-2021
news_image
72
FUTBOL

Baş məşqçisini qovur – A seriyası klubu

İtaliyanın “Kalyari” klubu baş məşqçi dəyişikliyinə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, buna səbəb  komandanın uğursuz çıxış etməsidir.

A seriyasının XXIII turunda “Torino”ya məğlubiyyət (0:1) rəhbərliyin səbir kasasını daşırıb. Klub matçdan sonra hətta mətbuat konfransına girməyən baş məşqçi Eusebio Di Françeskonu qovmaq qərarına gəlib. Onu əvəzləyəcək namizədlər də bəllidir. Tezliklə Leonardo Sempliçi, Massimo Pastelli və ya Vinçentso Montello bu posta gətiriləcək.

Qeyd edək ki, Eusebio Di Françesko yanvarda 2023-cü ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Son 13 görüşün 10-da məğlub olan “Kalyari” hazırda turnir cədvəlinin 18-ci pilləsində yer alır.