11:12 20-02-2021
news_image
683
TOP OYUNLARI

Dünya ulduzları “Qarabağ” formasında - FOTO

Voleybol üzrə dünya ulduzları Azərbaycana növbəti dəfə dəstək nümayiş etdiriblər. 

Apasport.az saytının məlumatına görə, 44 günlük Vətən müharibəsi zamanı Braziliya çempionatında “Sesi”nin oyununda  üçrəngli bayrağımız dalğalanırdısa, bu dəfə komanda “Qarabağ” yazılı formalarla diqqət mərkəzinə düşüb. 

Tarixi qələbəmiz münasibətilə Bauru təmsilçisi şəhidlərimizə etiramını bildirib, qazilərimizə tezliklə şəfa tapması mesajını verib. Təbii ki, Braziliyada bunun təşkilində Azərbaycanın ilk geyim brendi İl`Azero və formaları xüsusi zövqlə hazırlatdıran İlqar İmamquliyev, yığmamızın sabiq hücumçusu Polina Rəhimova, “Rabitə” ilə Azərbaycan çempionu titulunu qazanan, həmçinin klublararası dünya çempionatında və Çempionlar Liqasında Bakı təmsilçisinin heyətində qələbələri sıralayan bolqarıstanlı Dobriana Rabadjiyeva və dominikalı Brendo Kastillonun xüsusi rolu var. 

Tanınmış ulduzlar “Qarabağ” formasında sosial şəbəkə vasitəsi ilə bir neçə şəkillərini də paylaşıblar.