12:26 20-02-2021
news_image
68
FUTBOL

“Real” liderdir – zədəlilərin sayında

Bu mövsüm zədəlilərin çoxluğundan ən çox əziyyət çəkən klub “Real”dır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin son ay yarım ərzində 9 futbolçusu sıradan çıxıb.

“Kral klubu” cari mövsüm zədəlilərin sayında La Liqada liderdir. Zinəddin Zidanın komandasında bu mövsüm 36 zədəli olub. Siyahıda növbəti yeri “Vilyarreal” tutur (25). “Barselona” isə 18 zədəli ilə altında sırada qərarlaşıb.

“Real”ın ən çox zədələnən futbolçusu Eden Azar və Dani Karvahaldır. Onlar müvafiq olaraq 5 və 4 dəfə sıradan çıxıb.