13:02 20-02-2021
news_image
166
FUTBOL

“Latsio” B seriyasına göndərilə bilər - italyanlar da saxtakarlıq edir

İtaliyanın “Latsio” klubu A seriyasından uzaqlaşdırıla bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb Roma təmsilçisinin saxtakarlığa yol verməsidir.

Məsələ burasındadır ki, paytaxt klubu koronavirus testlərinin nəticələrini açıqlayarkən bəzi yoluxmaları gizlədib. İşə artıq İtaliya Federal Məhkəməsində baxılacaq. Bu addıma görə mümkün cəzalar arasında B seriyasına göndərilmə də var. Klubun həkimləri və prezidenti Klaudio Lotito isə koronavirus protokollarını pozmaqda ittiham edilirlər.

İddiaya görə, testi pozitiv çıxan bir futbolçu karantinə alınmayıb və ölkə çempionatında meydana çıxıb.