00:00 21-02-2021
news_image
246
FUTBOL

“O, əsl canavar idi” – Del Boske keçmiş futbolçusu haqda

İspaniya yığmasının və “Real”ın sabiq baş məşqçisi Visente Del Boske braziliyalı Ronaldo barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsinin möhtəşəm oyunçu olduğunu söyləyib.

Del Boskenin fikrincə, “yekədiş” zədələnməsəydi, daha böyük nəticələr göstərərdi: “Klubdakı və xaricdəki hər kəs Ronaldonu sevirdi. O, həqiqətən də, yaxşı insandır. İnsanları kədərli görməkdən xoşu gəlmirdi. Ronaldo əla idi. Komandanı yalnız gücləndirən futbolçulardan idi. Ronaldo istedadı və insani keyfiyyətləri sayəsində əla lider idi. Əminəm ki, zədələnməsəydi, daha yaxşı olardı. Amma yenə də Ronaldo əsl canavar idi. Fenomenal futbolçudan söhbət açırıq”.

Qeyd edək ki, 2002-2007-ci illərdə İspaniyada “Real”ın formasını geyinən Ronaldo hazırda La Liqanın digər təmsilçisi “Valyadolid”in prezidentidir.