14:56 20-02-2021
news_image
96
FUTBOL

300 milyon avroluq büdcə kəsiri – çıxış yolu axtarılır

Koronavirus pandemiyası səbəbindən ciddi maliyyə böhranı ilə üzləşən “Real” vəziyyətdən çıxış yolu axtarır.

Apasport.az saytının məlumatına görə, “kral klubu” artıq potensial bir sponsorla danışığa başlayıb.

İspanlar Səudiyyə Ərəbistanının “Qiddiya” şirkətinin sponsorluğuna çalışır. Tərəflər 150 milyon avro dəyərində 10 illik müqavilə və qadın komandasına sponsorluq imkanlarını müzakirə ediblər. “Real” bununla 300 milyon avroluq büdcə kəsirini doldurmaq niyyətindədir.

Qeyd edək ki, “Real” ABŞ-ın “Providence” şirkəti ilə 2027-ci ilə qədər 205 milyon avro dəyərində sponsorluq müqaviləsi imzalayıb.