15:27 20-02-2021
news_image
110
FUTBOL

Federasiyaya etiraz – derbinin saatına görə

İtaliya A seriyasının XXIII turunda “Milan”la “İnter” derbidə üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, fevralın 21-də baş tutacaq görüşlə bağlı azarkeşlər narazılıqlarını dilə gətiriblər.

Matçın Bakı vaxtı ilə 18:00-a salınması “Milan” fanatlarının ürəyincə deyil. Onlar bununla bağlı İtaliya Futbol Federasiyasına etirazlarını bildiriblər. Fanatlar hesab edir ki, komanda fevralın 18-də Avropa Liqasında “Srvena Zvezda” ilə qarşılaşdığından, yetərincə bərpa imkanı olmayacaq. Azarkeşlər görüşün axşam saatlarında keçirilməsini tələb edib. “Milan”dan fərqli olaraq, “İnter” avrokuboklarda iştirak etmir.

Qeyd edək ki, hazırda A seriyasında “İnter” 50 xalla 1-ci, “Milan” isə 49 xalla ikinci sıradadır.