15:51 20-02-2021
news_image
175
FUTBOL

Yeni baş məşqçisi açıqlandı – millimizin rəqibinin

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Serbiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yerli futbol assosiasiyası bu posta Draqan Stoykoviçi gətirib.

Bəzi texniki məsələyə aydınlıq gətirdikdən sonra tərəflər arasında rəsmi müqaviləyə qol çəkiləcək. Stoykoviç bu postda ötən ilin dekabrında istefaya göndərilən Lubiş Tumbakoviçi əvəz edib.

Qeyd edək ki, Serbiya yığması martın 30-da qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinin qonağı olacaq.