16:29 20-02-2021
news_image
255
FUTBOL

Yeni transferini itirdi - “Keşlə”

"Keşlə" klubu ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Sadio Tounkara zədələnib.

Yeni transferlərdən olan malili orta sahə oyunçusu Azərbaycan Premyer Liqasının XVI turunda "Zirə" ilə görüşün 26-cı dəqiqəsində rəqib müdafiəçi Sərtan Taşkınla mübarizədə sıradan çıxıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, "Keşlə"nin ikinci qolunun müəllifi mübarizəni davam etdirə bilməyib. Onun əvəzinə Vüsal İsgəndərli meydana daxil olub.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən "Keşlə" - "Zirə" oyununda ev sahibləri 2:1 hesabı ilə öndədir.