18:18 20-02-2021
news_image
146
FUTBOL

Derbini buraxacaq – yeni transfer

İtaliya A seriyasının XXIII turunda “İnter”lə qarşılaşacaq “Milan” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər”in hücumçusu Mario Mandzukiç sıradan çıxıb.

Xorvatiyalı fovard əzələsində yaranmış problem ucbatından bugünkü məşqi buraxıb. “Milan”la ötən ay müqavilə bağlayan yeni transferin “İnter”lə derbidə iştirak etməyəcəyi açıqlanıb.

Qeyd edək ki, “Milan” – “İnter” oyunu fevralın 21-də keçiriləcək. Hazırda “İnter” 50 xalla 1-ci, “Milan” isə 49 xalla 2-ci pillədədir.