00:36 21-02-2021
news_image
196
FUTBOL

Həkimlər araşdırılacaq – zədəlilərin çoxluğununa görə

“Real”da bu mövsüm zədəlilərin çoxluğu klub rəhbərliyini narahat edir.

Apasport.az saytının məlumatına görə, “kral klubu” bununla bağlı ciddi tədbir görmək qərarına gəlib.

Baş məşqçi Zinəddin Zidan, xüsusən də, son oyunlarda 7-8 futbolçunun xidmətindən məhrum olmasından şikayətlənib. La Liqanın növbəti turunda “Valyadolid”lə qarşılaşmada da 9 oyunçu zədə ucbatından iştirak edə bilməyəcək. Problemin kökünü tapmaq üçün rəhbərlik klubun həkimləri barədə araşdırma aparmaq qərarına gəlib.

Qeyd edək ki, cari mövsüm “Real”ın 20 futbolçusu müxtəlif vaxtlarda zədələnib. Bu zədələrin əksəriyyəti əzələ dartılması olub.