12:17 21-02-2021
news_image
180
FUTBOL

Hər paylaşımında sərvət qazanan “ALTILIQ”

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo meydançadakı uğurları ilə yanaşı, ondan kənarda da qazanır.

Apasport.az saytının məlumatına görə, sosial mediada ən çox izlənilən idmançı olan portuqaliyalı paylaşımları ilə də qazanc əldə edir.

36 yaşlı forvardın instaqram səhifəsindən bir paylaşımı ona 1 milyon 250 min dollar pul qazandırır. 5 dəfə “Qızıl top”un sahibi olan superulduz hazırda dünyanın ən çox qazanc götürən futbolçusudur. Onun sosial mediada ümumilikdə 500 milyon izləyicisi var. 
Növbəti iki pilləni Lionel Messi və Neymar tutur. “Altılıq”da Lebron Ceyms, Devid Bekhem və Hames Rodriges də yer alıb. 

“Altılıq”
1. Kriştianu Ronaldo – 1 milyon 250 min dollar
2. Lionel Messi – 881 min
3. Neymar – 709 min
4. Lebron Ceyms – 384 min
5. Devid Bekhem – 319 min
6. Hames Rodriges – 228 min