21:02 21-02-2021
news_image
194
FUTBOL

Buffonun rekordunu yenilədi - Donnaruma

İtaliyanın “Milan” klubunun futbolçusu Canluici Donnarumma A seriyasında 200-cü oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, bu XXIII turun “İnter”lə görüşünə təsadüf edib.

0:3 hesablı məğlubiyyət Donnaruma üçün təkcə yubiley deyil, həm də rekordla əlamətdar olub. O, çempionatın tarixinə 200 matç həddinə çatan ən gənc futbolçu olub.

Qolkiper bunu 21 yaş 361 günlüyündə gerçəkləşdirib. Ona qədər rekord Canluici Buffona məxsus idi. Əfsanəvi qolkiper 200-cü oyununu 24 yaş 83 günlüyündə keçirmişdi.

Qeyd edək ki, Donnarumma A seriyasında debüt matçına 2015-ci il oktyabrın 25-də çıxıb.