10:48 22-02-2021
news_image
414
FUTBOL

“Onun ürəyi yoxdur” – Filipe Luis

“Atletiko”nun sabiq futbolçusu Filipe Luis İspaniya klubunun baş məşqçisi Dieqo Simeone ilə bağlı maraqlı fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, hazırda “Flamenqo”nun formasını geyinən braziliyalı müdafiəçi keçmiş məşqçisinin karyeranı şəxsi həyatdan üstün tutduğunu söyləyib.

36 yaşlı sol cinah oyunçusu əlavə edib ki, indi də dost kimi argentinalıya mesajlar göndərə və ala bilir: “Amma hər dəfə mesaj alanda mənim üçün stressli olurdu. İnanın mənə, Simeonenin komandasında oynamaq asan deyil. Onun ürəyi yoxdur. Heç vaxt sənə “yazıq balaca oyunçu, bunu eləməliyəm", deməyəcək. Yalnız qələbə qazanmaq üçün nə qərar verməlidirsə, onu da edir”.

Qeyd edək ki, Filipe Luis 2010-2014 və 2015-2019-cu illərdə “Atletiko”da çıxış edib.