11:23 22-02-2021
news_image
1218
FUTBOL

30 yaşlı yarımmüdafiəçinin milliləşməsi üçün FİFA-dan cavab gözləyir - AFFA

“Sezar Meza Kollinin milliləşdirilməsi ilə bağlı proses hələlik sənədləşdirmə mərhələsindədir”.

Bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi ötən ilin əvvəllərində milliləşdirilməsi nəzərdə tutulan paraqvaylı yarımmüdafiəçinin hazırkı durumuna aydınlıq gətirib. O bildirib ki, 30 yaşlı oyunçu üçün hazırda FİFA-dan cavab gözləyirlər: “Sənədləşdirmə prosesi hələ davam edir. Məsələ ilə bağlı konkret cavab olsa, rəsmi açıqlama verəcəyik”.

Qeyd edək ki, AFFA ötən il fevralın 18-də Sezar Meza Kollinin FİFA-nın müvafiq qaydalarına əsaslanmaqla qurum tərəfindən milliləşdirilməsinin nəzərdə tutulduğunu yaymışdı.