11:33 22-02-2021
news_image
358
FUTBOL

Mourinyodan antirekord – “Tottenhem”lə

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo antirekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi portuqaliyalının rəhbərliyi altında Premyer Liqada keçirdiyi ilk 50 matçda 81 xal toplayıb.

Bu, Mourinyonun karyerasında ən uğursuz nəticədir. Onun ən pis nəticəsi “Mançester Yunayted”də olmuşdu. Həmin vaxt komanda 95 xal toplayıb.

Qeyd edək ki, Mourinyonun rekordu “Çelsi”dəki debütündə qeydə alınıb. London təmsilçisi portuqaliyalı ilə ilk 50 matçda 126 xal qazanıb.