12:08 22-02-2021
news_image
540
FUTBOL

Seks Oyunlardan kənarda qalacaq? – Tokio-2020-də

“Bütün insanlar kimi idmançılar da müxtəlif olur”.

Apasport.az saytının məlumatına görə, bunu seksoloq, psixoterapevt Aleksandr Poleyev deyib.

Rusiyalı mütəxəssis Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları zamanı tətbiq ediləcək qadağalara münasibət bildirib. O, idmançıların Olimpiya kəndində fiziki təmasdan uzaq durması, ən azı 2 metr məsafə saxlamasının doğurduğu seks çatışmazlığının təsirindən danışıb: “Onların hormonları fərqli miqdarda olur. Bəziləri seksdən uzaq durmağı sakit qarşılayır. Amma bəziləri aqressivləşir. Sevimli şəxslə münasibətdə olmaq bəziləri üçün əzələ gərginliyinin atılması üçün vacibdir. Bu olmadan insana idman meydanında plastiklik çatmaz və yaxşı təsir bağışlamaz”.

Qeyd edək ki, qadağaya baxmayaraq, təşkilatçılar ənənəyə sadiq qalaraq iştirakçılara pulsuz prezervativ paylayacaq.