13:12 22-02-2021
news_image
498
FUTBOL

"Neftçi"də 1000-ə nə qaldı? - STATİSTİKA

“Neftçi” Azərbaycan çempionatları tarixində 800-cü ev qolunu vurub. 

Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqanın XVI turuna təsadüf edib. 

“Qəbələ” ilə matçdakı yeganə topun müəllifi Emin Mahmudov yubiley qoluna imza atıb. Bu qarşılaşmayadak keçirdiyi 400 görüşdə “ağ-qaralar” 799 dəfə fərqlənmişdi. 800-cü qoluna 401-ci matçda imza atan bakılıların orta məhsuldarlığı 1,995-ə bərabərdir. “Neftçi” 1992-ci ildən təşkil olunan yarışın tarixində öz meydanında ən çox qol vuran komandadır.

Qeyd edək ki, paytaxt təmsilçisinin ilk ev qolunun müəllifi Yunis Hüseynov olub. O, 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev qarşılaşmasında (1:0) həlledici qola imza atıb.