13:45 22-02-2021
news_image
432
FUTBOL

XXI əsrin rekordçusu – 21 yaşda

İspaniya La Liqasının XXIV turunda “Alaves”lə qarşılaşan “Real Sosyedad” 4:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, San-Sebastyan klubunun hücumçusu Aleksander İsak bu matçda klubun tarixinə düşüb.

Qarşılaşmada 3 qolun müəllifi olan isveçli 21 yaş 153 günlüyündə buna nail olmaqla, “Real Sosyedad”ın XXI əsrdə het-trik edən ən gənc oyunçusu ünvanına yiyələnib. İsak son 6 görüşdə 9 qola imza atıb.

Qeyd edək ki, Aleksander İsak cari mövsüm La Liqada 12 qol vurub, 2 məhsuldar ötürmə verib.