22:27 22-02-2021
news_image
207
FUTBOL

Azarkeşləri həyəcanlandıran təyinat - FOTOSESSİYA

Rusiyanın “Rostov” klubunun yeni təyinatı azarkeşləri həyəcanlandırıb.

Apasport.az saytının məlumatına görə, Darina Nikitanın baş direktor köməkçisi vəzifəsinə gətirilməsi birmənalı qarşılanmayıb.

Fanatların bir qismi gözəl xanımın görəcəyi işdən çox bədən fiqurasını xüsusi vurğulayıb, bəziləri isə Nikitanın kluba fayda verəcəyinə şübhə ilə yanaşıb.

Hüquq fakültəsinin məzunu olan Darina Nikitina idman hüququ üzrə ixtisaslaşıb. Bir çox Rusiya klubunu və futbolçunu, Rusiya Futbol İttifaqında, FİFA və CAS-da təmsil edib. Üstəlik, CAS-ın baxdığı 4 məhkəməni qazanmağı bacarıb.

Luiz Adriano, Yeremenko, Georgi Zikiya, Aleksandr Səmədovun vəkili olan Nikitina “Rostov”un transfer komitəsində də çalışacaq.