14:37 22-02-2021
news_image
209
FUTBOL

Ronaldo zirvədə - Messi Senidən də geri qaldı

Əsrin ən çox oyun keçirən futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2001-20-ci illərdə milli və klub səviyyəsində ən çox matça çıxanları müəyyənləşdirib.

Siyahıya Kriştiano Ronaldo başçılıq edir. O, liqada 595, kubokda 91, beynəlxalq kuboklarda 191, Portuqaliya millisində 170 oyunda şans qazanıb. Ronaldo ümumilikdə 1047 oyun keçirib.

Qeyd edək ki, yalnız 8 futbolçu 900 və ya daha çox oyuna çıxıb.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 1047
2. İker Kasilyas (İspaniya) – 974
3. Dani Alves (Braziliya) – 969
4. Xavi (İspaniya) – 937
5. Yasuhido Eduo (Yaponiya) - 909
6. Zlatan İbrahimoviç (İsveç) - 907
7. Rojerio Seni (Braziliya) - 904
8. Lionel Messi (Argentina) - 902