15:04 22-02-2021
news_image
165
FUTBOL

Millinin futbolçusu karyerasını bitirdi – universitetə görə

İtaliyanın U-17 və U-18 millisinin futbolçusu Alessandro Arlotti karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, “Peskara”nın oyunçusunu buna vadar edən səbəb təhsilə üstünlük verməsi olub.

18 yaşlı Arlotti “Harvard” Universitetinə qəbul olunduğundan, təhsili peşəkar futboldan üstün tutub. “Peskara”dan ayrılan yarımmüdafiəçi universitetin futbol komandasında oynayacaq.

“Monako”nun yetirməsi olan hücumameyilli futbolçu ötən ilin yayında “Peskara”ya keçərək, peşəkar müqavilə imzalamışdı.