16:28 22-02-2021
news_image
168
FUTBOL

Buffona yeni təklif – “Yuventus”dan

İtaliyanın “Yuventus” klubu qapıçısı Canluici Buffona yeni müqavilə təklif edəcək.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi 43 yaşlı əlcək sahibi ilə anlaşmanı uzatmaq niyyətindədir.

Yeni müqavilə növbəti mövsümün sonunadək nəzərdə tutulacaq. Buffon anlaşmaya əsasən 2022-ci ilin yayına qədər “ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, 2015-ci ildən “Yuventus”da oynayan Buffon A seriyasında rekord sayda – 654 matç keçirib.