16:44 22-02-2021
news_image
138
FUTBOL

Millimizlə matça debütant – Portuqaliyada

Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsindəki ilk oyunlarına bir qədər fərqli heyətlə hazırlaşacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların koronavirusla bağlı Portuqaliyaya yollanmasında problem yaranmasıdır.

Bunun digər futbolçulara yol açması bəzilərinin debütünə gətirib çıxara bilər. Baş məşqçi Fernando Santosun gündəmindəki futbolçulardan biri də “Sportinq”in yarımmüdafiəçisi Joao Palinyadır. Hazırda yüksəlişdə olan 26 yaşlı müdafiəyəmeyilli oyunçunun qarşıdakı toplanışa dəvət edilməsi gözlənilir.

“Sportinq”in baş məşqçisi Ruben Amorim də buna ümid etdiklərini açıqlayıb: “Palinya millidəki bütün oyunçulardan fərqli xüsusiyyətlərə sahibdir. Onun uğurlu seçim olacağını düşünürəm. Ancaq Fernando Santosun işinə qarışmayacağam. Mənim futbolçum olduğu üçün Palinyanı yığmada görmək istərdim”.

Qeyd edək ki, Portuqaliya yığması qrup mərhələsi çərçivəsində martın 24-də Azərbaycan, 27-də Serbiya, 30-da isə Lüksemburqla qarşılaşacaq. Millimizlə matçı Lissabonda keçirəcək portuqaliyalıların digər iki görüşü səfərdə baş tutacaq.