17:21 22-02-2021
news_image
240
FUTBOL

“Onlar fiziki cəhətdən amansızdırlar” – “Çelsi”nin hücumçusu

“Çelsi”nin hücumçusu Timo Verner İngiltərə Premyer Liqasında az qol vurmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, ötən ilin yayında 53 milyon avroya “Leypsiq”dən keçən Almaniya millisinin forvardı zəif çıxışını fiziki güclə əlaqələndirib.

25 yaşlı oyunçu “Çelsi”dəki performansından razı olmadığını da etiraf edib: “Müdafiəçilər də daxil olmaqla oyunçular 190 sm boyundadırlar. Fiziki cəhətdən amansız və çox sürətlidirlər. Buradakı çıxışıma görə artıq super hücumçu kimi qəbul edilmədiyimi bilirəm”.

Qeyd edək ki, Timo Verner cari mövsüm bütün turnirlərdə keçirdiyi 33 oyunda 10 qol vurub, 9 məhsuldar ötürmə verib.