23:24 22-02-2021
news_image
120
FUTBOL

Almaq bir dərd, saxlamaq bir dərd - 852 milyonluq birləşməz cütlük

Hazırda dünyanın ən güclü hücumçuları hesab edilən Kilian Mbappe və Erlinq Halandın ümumi transfer məbləği araşdırılıb.

Apasport.az saytının məlumatına görə, PSJ və Dortmund “Borussiya”sının qol silahlarını almaq istəyən klub böyük sərvət ayırmalıdır.

“Real”ın maraq dairəsində olan ulduzları transfer edəcək klub nə az, nə çox - 852 milyon avroluq ziyanı göz önünə gətirməlidir. Hər ikisinin dəyərinin 150 milyon avroya bərabər olması və 6 illik müqavilə imzalaması ehtimalı onların eyni komandada oynamaq şansını mümkünsüzə çevirir.

Çünki növbəti 6 il ərzində Mbappe təxminən 432 milyon, Haland isə 120 milyon avro maaş əldə etməlidir. Bu da ümumilikdə 852 milyon avro edir.