17:50 22-02-2021
news_image
113
FUTBOL

10 milyonluq icarə - Morata üçün

İtaliyanın “Yuventus” klubu futbolçusu Alvaro Moratanı heyətində saxlamağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi İspaniya “Atletiko”sunun hücumçusunu növbəti mövsüm üçün də icarəyə götürməyi planlaşdırır.

A seriyası təmsilçisi bunun üçün 10 milyon avro verməyə hazırdır. Ötən ilin payızında Moratanın cari mövsümlük icarəsinə eyni məbləğ ödəyən “Yuventus” yenə analoji addım atmaq fikrindədir. Turinlilər Alvaronu yalnız 2022-ci ilin yayında 35 milyon avro ödəməklə transferi reallaşdırmaq istəyir.

Qeyd edək ki, Morata cari mövsümün 17 oyununda 4 qol vurub.