23:08 22-02-2021
news_image
200
FUTBOL

1 dəqiqəlik sükut - Premyer Liqanın oyunlarında

Azərbaycan Premyer Liqasının XVII turunun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, 25 fevral tarixində baş tutacaq görüşlər Xocalı faciəsinin 29-cu il dönümü ilə əlaqədar olaraq 1 dəqiqəlik sükutla start götürəcək.