10:52 23-02-2021
news_image
154
FUTBOL

“Fənərbaxça”ya qaytarılacaq - AFFA-nın göz qoyduğu hücumçu

Azərbaycan yığması üçün milliləşdirilməsi nəzərdə tutulan Allahyar Səyyadmaneş ilin sonunda Ukrayna klubu “Zarya”nı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, “Zarya”da icarə əsasında çıxış edən 20 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu “Fənərbaxça”ya qayıdacaq.

Ukraynalılar ötən ilin oktyabrında icarəyə götürdüyü iranlı forvardın birdəfəlik transferi üçün qarşı tərəfə 1,5 milyon avro ödəməlidir. Lakin rəhbərlik maddi imkansızlıq üzündən Səyyadmaneşi Türkiyə təmsilçisinə qaytaracağını açıqlayıb.

Qeyd edək ki, İranın U-17 və U-23-lə yanaşı, əsas yığmasında da çıxış etmiş Allahyar Səyyadmaneş hazırda AFFA-nın milliləşdirilməsi nəzərdə tutulan potensial namizədlərdəndir.