12:42 23-02-2021
news_image
130
FUTBOL

“Qarabağ” cəzalandırıldı - Matiçin adı düzgün yazılmadığı üçün

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda “Qarabağ”ın futbolçusu Uroş Matiçin formasında adının düzgün yazılmaması da müzakirə olunub.

Komitə Premyer Liqanın XVI turunda “Sumqayıt”la qarşılaşmada serbiyalı yarımmüdafiəçinin formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimələnib.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” oyunu 0:0 hesabı ilə nəticələnib.