14:08 23-02-2021
news_image
161
FUTBOL

Əsrin çempionları – “Qarabağ”la “Neftçi” kənarda qaldı

Əsrin ən çox çempion olan komandaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2001-20-ci illərdə öz ölkəsində ən çox çempionluq yaşayanları müəyyənləşdirib.

Siyahıda ən azı 10 dəfə qızıl medala yiyələnən 61 klub yer alıb. Azərbaycan cədvəldə təmsil olunmayıb. Çünki hesabat dövründə “Qarabağ” 7, “Neftçi” 5 dəfə ən yaxşı adına yiyələnib.

İFFHS-in cədvəlinə “Şerif” başçılıq edir. Tiraspol təmsilçisi 18 dəfə Moldova çempionu olub. “Linkoln” (Cəbəllütariq), “Olimpiya” (Honduras) və “Real”ın (Nikaraqua) 17 qızıl medalı var. 15 zəfəri olan “Olimpiakos” (Yunanıstan) 5-ci sırada qərarlaşıb.

“Böyük beşlik” ölkələri arasında ən yaxşı nəticə “Bavariya”ya məxsusdur. 9-cu yerin şərik olan münhenlilər 15 dəfə Almaniya çempionluğuna sevinib.