15:03 23-02-2021
news_image
473
FUTBOL

Bir gündə 2,5 milyon bəyənmə - Corcina ürəkləri fəth edir

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges qeyri-adi nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, argentinalı xanımın instaqram səhifəsindəki bir şəkli gün ərzində 2,5 milyon nəfər tərəfindən bəyənilib.

Buna Corcinanın açıq-saçıq fotosessiyası səbəb olub. 25 milyon izləyicisi olan gözəl “İnStyle Moda” üçün verdiyi pozaları öz səhifəsində də paylaşıb.

Fotoların birində Corcina tamamilə çılpaq bədənini çantası ilə gizlədib. Məhz bu poza milyonların zövqünü oxşayıb.