17:32 23-02-2021
news_image
703
FUTBOL

Ən titullu klubumuz hansıdır? – “Neftçi”, “Qarabağ”, yoxsa...

Azərbaycan futbolu tarixində yalnız 11 klub titul qazanıb.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz yalnız müstəqillik əldə olunduğundan sonra titul sahibi olublar.

SSRİ dövründə komandalarımız heç bir titula yiyələnə bilməyiblər. Klublarımız yalnız respublika və şəhər səviyyəli regional yarışlarda uğur qazanıblar. Düzdür, “Neftçi” bir dəfə titulun bir addımlığında olub. Bakılılar 1988-ci ildə Federasiya kubokunun finalında “Kayrat”a uduzublar. Ölkə çempionatında ən böyük uğurun bürünc medal, kubokda isə bir neçə dəfə yarımfinal olub.

Aktivinə titul yazan ilk Azərbaycan klubu isə nə “Neftçi”dir, nə “Qarabağ”dır, nə də “Kəpəz”. Buna 1992-ci ilin avqustunda ilk ölkə kubokunu başı üzərinə qaldıran Bakı “İnşaatçı”sı nail olub.

Ümumilikdə, Azərbaycan klubları 4 fərqli titul qazanıb. 27 dəfə ölkə çempionu, 26 dəfə ölkə kubokunun qalibi aktivinə baş mükafatını aparıb.

Taleyi uğursuz alınan Azərbaycan Superkuboku isə 4 dəfə sahibini tapıb. Bunlardan üçündə oyun keçirilibsə, bir dəfə təşkilatçıların istəyi ilə “Qızıl dubl”un müəllifinə təqdim olunub. 

Azərbaycan klublarının qalib ola bildiyi yeganə beynəlxalq turnir “Birlik kuboku”dur. Ölkəmizin üç təmsilçisi müxtəlif illərdə kuboku başı üzərinə qaldırıb. Bir sözlə, klublarımız 27 çempionat, 26 kubok, 4 Superkubok və 3 “Birlik kuboku”na yiyələnib.

Bu, 60 titul 11 klub sahib çıxıb. Mütləq rekord “Neftçi”dədir. Ölkənin ən titullu klubu 17 dəfə qalib adına sevinib. “Qarabağ”ın 15 nailiyyəti var. Ağdam klubu rekorda şərik çıxmaq üçün cari mövsüm “Qızıl dubl”a imza atmalıdır. Kubokla vidalaşan “Neftçi” titul sayını çempionluqla artırmağa köklənib.

3-cü sıradakı “Kəpəz”in 7, “üçlüy”ün astanasındakı “Xəzər Lənkəran”ın 6 titulu var. “Bakı” 5, “Keşlə” 4, “Şəmkir” 2 titulun daşıyıcısı olub. 

Hərəyə 1 titulu olan dörd komandadan üçü tarixin yaddaşına köçüb. Bakı “İnşaatçı”sı, “Şəfa”, həmçinin “Turan Tovuz”un rəsmi sələfi olmayan “Turan” artıq yoxdur. Yalnız “Qəbələ” ikinci titulunu gözləyir.

Düzdür, bəziləri Superkuboku, digərləri isə “Birlik kuboku”nu qəbul etmək istəməyə bilər. Amma həm Superkubok qazananların, həm də qalib ola bildiyimiz yeganə beynəlxalq turniri kiçildəcək dərəcədə güclü daxili turnirlərə malik deyilik. Yəni, Premyer Liqanı nə Superkubok, nə “Birlik kuboku”ndan üstün saymaq olmaz. Üstəlik, uğura imza atanların əməyini silmək haqsızlıq olardı. Hər halda bu titulların 7-si də böyük sevinclə qarşılanıb və həmin vaxt üçün ciddi nailiyyət olub. 

yer

klub 

çempion

kubok

Superkubok

Birlik kuboku

Cəmi

1

Neftçi

8

6

2

1

17

2

Qarabağ

8

6

1

 

15

3

Kəpəz

3

4

 

 

7

4

Xəzər Lənkəran

1

3

1

1

6

5

Bakı

2

3

 

 

5

6

Keşlə

2

1

 

1

4

7

Şəmkir

2

 

 

 

2

8-11

Turan

1

 

 

 

1

 

Şəfa

 

1

 

 

1

 

İnşaatçı B

 

1

 

 

1

 

Qəbələ

 

1

 

 

1

 

 

27

26

4

3

60